“Qarabağ”la oynayırıq, çətin olacaq - Hazard

20.11.2017 10:13     Sport reaksiya     2209

Qol vurmaq hər zaman xoşdur. Bu, mənim üçün ən başlıca hədəf deyil, amma özünəinam baxımından yaxşı haldır. İki qol vursam da, ən önəmlisi, qalib gəməyimiz və yaxşı oynamağımızdır.

Reaksiya.az xəbər verir ki, bunu “Çelsi” klubunun futbolçusu Eden Hazard İngiltərə Premyer Liqasının XII turunda “Vest Bromviç” üzərində 4:0 hesablı qələbəni və vurduğu 2 qolu şərh edərkən deyib.

London təmsilçisi noyabrın 22-də Çempionlar Liqasının (ÇL) V turu çərçivəsində “Qarabağ”ın qonağı olacaq. 26 yaşlı belçikalı yarımmüdafiəçi hesab edir ki, “Çelsi”ni qarşıda çətin həftə gözləyir: “Çünki “Qarabağ”la oynayırıq, ardınca “Liverpul” səfərinə gedirik. Liderlər qrupunda qalmaq istəyirik”.

Qeyd edək ki, “Çelsi” hazırda İngiltərə Premyer Liqasında 25 xalla 3-cü sırada qərarlaşıb və lider “Mançester Yunayted”dən 9 xal geri qalır. ÇL-də isə 7 xalla 2-ci pillədə yer alan “zadəganlar” İtaliya “Roma”sından 1 xal az toplayıb. İspaniya “Atletiko”su 3 xalla 3-cü, “Qarabağ” isə 2 xalla sonuncu yerdədir.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar