Futzal üzrə Azərbaycan millisinin beynəlxalq turnir üçün heyəti açıqlanıb

01.12.2017 15:22     Sport reaksiya     2870

Futzal üzrə Azərbaycan milli komandası dekabrın 2-dən 7-dək İranın İsfahan şəhərində keçiriləcək “4 Top Nations” turnirində iştirak edəcək. Reaksiya.az AFFA-nın saytına istinadən xəbər verir ki, Bakıdakı məşqlərini yekunlaşdıran millinin beynəlxalq turnir üçün heyəti açıqlanıb. Heyətdə Samir Həmzəyev, Emin Kürdov (hər ikisi EKOL), Rövşən Hüseynli, Rizvan Fərzəliyev, Eduardo Mello Borges, Everton Kardosa, Karvalho Vilela dos Santos, Thiaqo Teles Martins, Qabriel Bastos, İsa Atayev, Ramiz Çovdarov (hamısı “Araz”), Villiams Oliveira do Nascimento (Al Dhafra, Birləşmiş Ərəb Əmirlikləri), Renat Sultanov və Seymur Məmmədov (hər ikisi “Marafon Futsal”) yer alıblar.

Reaksiya.az

Şərhlər