Bu gün Azərbaycan Premyer Liqasında XIV tura start veriləcək

01.12.2017 15:45     Sport reaksiya     2838

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura start veriləcək

Reaksiya.az xəbər verir ki, üç günü əhatə edəcək turun ilk matçında “Qarabağ” doğma meydanda “Neftçi”ni qəbul edəcək. Turun ikinci günündə “Sumqayıt” klubu “Kəpəz”in, “Zirə” isə “Səbail” klubunun qonağı olacaq. Turun sonuncu qarşılaşmasında isə “Qəbələ” və “Keşlə” klubları qarşılaşacaqlar. Qeyd edək ki, turnir cədvəlinə 31 xalla “Qarabağ” başçılıq edir. “Qəbələ” klubu 28 xalla ikinci pillədədir. İlk üçlükdə isə 27 xalla “Zirə” qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq “Sumqayıt” (17), “Neftçi” (16 xal), “Səbail” (13), “Keşlə” (8) və “Kəpəz” (7) yer alıblar.

Reaksiya.az

Şərhlər