Azərbaycan Gimnastika Federasiyasının baş katibi Avropa Gimnastika İttifaqının prezidenti seçilib

02.12.2017 21:43     Sport reaksiya     1533

Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilib. Reaksiya.az xəbər verir ki, dekabrın 2-də Xorvatiyanın Split şəhərində Avropa Gimnastika İttifaqının 27-ci konqresi çərçivəsində keçirilən prezident seçkilərində o, daha çox səs yığıb. F.Qayıbov 28 səs toplamaqla bu vəzifəyə digər namizəd, 20 səs toplamış sloveniyalı rəqibini geridə qoyub. Qeyd edək ki, 2009-cu ildən Avropa Gimnastika İttifaqına fransalı Jorj Gelzek rəhbərlik edir.

Reaksiya.az

Şərhlər