Qurban Qurbanov: Layiqli çıxış etməyə çalışdıq.

06.12.2017 18:16     Sport reaksiya     1524

"Qarabağ"-ın baş məşqçisi Qurban Qurbanov oyun sonrası mətbuat konfransında iştirak edib

Belə ki, Reaksiya.az saytının verdiyi xəbərə görə, Qurban Qurbanov oyun sonrasında jurnalistlərin qarşısına çıxıb və sualları cavablandırıb. Qurban Qurbanov: "Roma"nı təbrik edirəm. Onlara növbəti oyunlarında uğurlar arzulayıram. Çox istərdim ki, məğlub olmayaq. Amma bir qol buraxdıq. Buna baxmayaraq, razı qaldım. Layiqli çıxış etməyə çalışdıq. Ağır idi. Komandamız məğlub olmaq istəmirdi. Qrupdakı çıxışımızı normal hesab edirəm. "Çelsi" ilə ilk oyunu kənara qoysaq, futbolçularımız layiqli çıxış etdilər. Bəlkə də əlavə xallar qazanmaq imkanımız var idi. Amma bəzi oyunlarda vərəqə aldığımız epizodlarda futbolçularımızda təcrübə çatmadı. Ümumilikdə, razı qaldım. Rəqiblərimizin hər biri ilk iki yeri tutmağa layiq idilər. Ramillə Ağabalanı oyunun gedişatına uyğun olaraq meydana buraxdıq. Hücumda hərəkətliliyi artımağı düşündük. Onlar hücum xəttində sürəti daha da artırmalı idilər. Futbolçularım bir-iki epizodu çıxmaq şərtilə müdafiədə çox diqqətli oynadılar. Hər bir futbolçunun oyunundan razı qaldım. Xüsusilə də müdafiə xəttinin oyunundan. Sadəcə, hücum xəttində düşündüyümüz bəzi epizodlar alınmadı".

Reaksiya.az

Şərhlər