Formula-1 yarışlarının 2018-ci il mövsümü üçün rəsmi təqvimi müəyyənləşib

08.12.2017 14:20     Sport reaksiya     2301

Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Dünya Şurası Formula-1 yarışlarının 2018-ci il mövsümü üçün təqvimini rəsmən təsdiq edib. Reaksiya.az xəbər verir ki, növbəti mövsüm 21 mərhələdən ibarət olacaq. İlk yarış martın 25-də, son yarış isə noyabrın 25-də təşkil olunacaq. Ölkəmizin üçüncü dəfə ev sahibliyi edəcəyi Azərbaycan Qran-Prisi isə aprelin 29-da təşkil olunacaq. İlkin təqvimlə müqayisədə böyük dəyişikliklər edilməyib, lakin gözlənildiyi kimi Çin və Bəhreyn mərhələləri yerlərini dəyişib. Mövsümün ikinci yarışı məhz Bəhreyndə, ardınca isə Çində keçiriləcək.

Reaksiya.az

Şərhlər