Azərbaycanın U-19 millisi Antalyada üç yoxlama oyununda gücünü sınayacaq

20.01.2018 23:07     Sport reaksiya     1226

On doqquz yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yanvarın 21-dən 31-dək Antalyada təlim-məşq toplanışı keçirəcək.

REAKSIYA AFFA-ya istinadla xəbər verir ki, hazırlıq müddətində U-19 yanvarın 24-də və 28-də Kosovonun müvafiq yaş qrupundan ibarət yığması, yanvarın 30-da isə “Krasnodar” klubunun əvəzedici komandası ilə yoldaşlıq oyunu keçirəcək. Kosovo millisi ilə oyunlar yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 19:00-da), sonuncu qarşılaşma isə saat 15:00-da (Bakı vaxtı ilə saat 16:00-da) başlayacaq

Şərhlər