Futbol üzrə Azərbaycan yığmasının UEFA Millətlər Liqasında rəqibləri müəyyənləşib

24.01.2018 16:29     Sport reaksiya     1648

Yanvarın 24-də UEFA-nın yeni təsis etdiyi Millətlər Liqasının püşkatma mərasimi başlayıb.

REAKSIYA xəbər verir ki, İsveçrənin Lozanna şəhərində keçirilən mərasimdə Azərbaycan milli komandasının da rəqibləri müəyyənləşib. “D” liqasında mübarizə aparacaq Azərbaycan milli komandası püşkün nəticələrinə görə III qrupda yer alıb. Yığma komandamızın rəqibləri Farer Adaları, Malta və Kosovo milliləridir. Bu liqada çıxış edəcək digər komandalardan Gürcüstan, Latviya, Qazaxıstan, Andorra birinci, Belarus, Lüksemburq, Moldova və San-Marino yığmaları ikinci qrupda yer alıblar. Makedoniya, Ermənistan, Lixtenşteyn və Cəbəllütariq seçmələri isə dördüncü qrupda mübarizə aparacaqlar. UEFA Millətlər Liqasında çıxış edəcək 55 milli komanda dörd divizionda yarışacaq. “A” və “B” liqalarının hər birinə 12, “C” liqasına 15, “D” liqasına isə 16 komanda daxil edilib. Qrup mərhələsinin görüşləri bu ilin sentyabr-noyabr aylarında oynanılacaq.

Şərhlər

Çox oxunanlar