Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti müəyyənləşib

26.01.2018 22:05     Sport reaksiya     1453

Yanvarın 30-dan fevralın 10-dək keçiriləcək Avropa çempionatının final mərhələsində iştirak edəcək futzal üzrə Azərbaycan millisinin heyəti açıqlanıb. REAKSIYA AFFA-ya istinadla xəbər verir ki, heyətdə Rövşən Hüseynli, Rizvan Fərzəliyev, Eduardo Mello Borges, Everton Kardoso, Ramiz Çovdarov, Thiaqo Teles Martins, İsa Atayev, Xətai Bağırov (hamısı “Araz”), Samir Həmzəyev, Emin Kürdov, Namiq Məmmədkərimov (hər üçü EKOL), Villiams Oliveira Do Nascimento (“Al Dhafra”, Birləşmiş Ərəb Əmirlikləri), Fineo de Araujo (“Agleymina Hamamatsu”, Yaponiya) və Vitali Borisov (“Ekonomaç”, Serbiya) yer alıblar. Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının qrup mərhələsində Fransa və İspaniya yığmaları ilə qarşılaşacaq.

Şərhlər