FIFA nümayəndəsi: Dünya çempionatının oyunları üçün bütün stadionlar martın axırınadək hazır olacaq

FIFA-nın Yarışların və tədbirlərin keçirilməsi üzrə departamentinin direktoru Kolin Smit bu ilin yayında Rusiyada təşkil olunacaq futbol üzrə dünya çempionatının oyunları üçün stadionların hazırlığı barədə danışıb. REAKSİYA xəbər verir ki, departament direktoru stadionların müxtəlif hazırlıq mərhələsində olduğunu bildirib. Bu səbəbdən final cizgiləri fərqlidir. Bəzi yerlərdə demək olar ki, təkcə işəsalma qalıb. Smit deyib: “Stadionlarda xeyli müvəqqəti konstruksiyaların quraşdırılmasına ehtiyac var ki, məhz bununla da məşğuluq. Azarkeşlər və mətbuat üçün rahatlıq təmin olunmalıdır. Bütün stadionlar martın sonunadək hazır olacaq. Qrafikə görə, Samarada geriləmə var. Lakin biz yeni planı gördük, podratçıdan və yerli hakimiyyət orqanlarından təminat aldıq ki, hər şey vədəsində tikiləcək. Vəziyyəti izləməkdə davam edirik”.
Advertisement Banner

Şərhlər