Futzal üzrə Avropa çempionatında ilk yarımfinalçılar məlum olub

06.02.2018 13:37     Sport reaksiya     803

Sloveniyanın Lyublyana şəhərində keçirilən futzal üzrə Avropa çempionatında ilk yarımfinalçılar məlum olub. REAKSİYA xəbər verir ki, 1/4 finalın ilk oyununda Serbiya ilə Qazaxıstan qarşılaşıb. Qazaxıstan komandası rəqibindən üstün olub - 3:1. Rusiya millisi isə meydan sahibləri Sloveniya yığmasına 2:0 hesabı ilə qalib gəlib. Qitə birinciliyindəki son yarımfinalçılar bu gün müəyyənləşəcək. Azərbaycan millisi Portuqaliya ilə, Ukrayna isə İspaniya ilə qarşılaşacaq.
Advertisement Banner

Şərhlər