“Qarabağ” – “Qəbələ” oyununda hesab açılmayıb | Reaksiya

“Qarabağ” – “Qəbələ” oyununda hesab açılmayıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısına start verilib. Qış fasiləsinin ardından XV turun oyunları keçirilir. 2018-ci ilin ilk turu liderlərin dueli ilə əlamətdar olub. Turnir cədvəlinin ilk iki pilləsində qərarlaşan, ötən mövsümü də ən yüksək mövqelərdə başa vuran “Qarabağ” və “Qəbələ” komandaları Bakıda üz-üzə gəlirlər. Reaksiya xəbər verir ki, “Azərsun Arena”da keçirilən oyunu baş hakim İnqilab Məmmədov idarə edir. “Qırmızı-qaralar” paytaxtdakı oyunda 46-cı dəfə Ağdam klubu ilə qarşılaşacaq. Belə ki, indiyədək “Qəbələ” və “Qarabağ” 45 dəfə görüşüb. İlk dəfə 2006-cı ildə qarşılaşan komandaların matçlarında “Qarabağ” daha çox – 18 qələbə qazanıb. “Qəbələ”nin hesabında isə 11 uğur var. Digər 16 matçda qalib müəyyənləşməyib. Geridə qalan 45 oyunda “Qəbələ” 41 qol vurub, 54-nü buraxıb. “Qəbələ”nin “Qarabağ”la oyunlarından 38-i Premyer Liqa, 7-si Azərbaycan kubokuna təsadüf edib. Çempionatda ağdamlılar 17, qəbələlilər 10 dəfə 3 xala sevinibsə, 11 qarşılaşmada qalib müəyyənləşməyib. Premyer Liqa duellərində “qırmızı-qaralar” 36 qol vurub, 48-ni buraxıb. Cari mövsüm baş tutan ilk iki dövrənin oyunları çərçivəsində 2017-ci il avqustun 26-da keçirilən III turun matçında Ağdam klubu 2:1 hesablı ev qələbəsi qazansa da, IX turun Qəbələdəki oyununda meydan sahibi 1 qolla qalib gəlib.
Advertisement Banner

Şərhlər