Taekvondoçularımız “Turkish Open” turnirində iki medal qazanıblar

Taekvondoçularımız “Turkish Open” turnirində iki medal qazanıblar
Tarix: 13.02.2018 12:44
Oxunma sayı: 164
Paylaş:
Azərbaycan taekvondoçuları İstanbulda keçirilən G1 kateqoriyalı “Turkish Open” turnirində uğurla çıxış edirlər. Reaksiya Azərbaycan Taekvondo Federasiyasının saytına istinadla xəbər verir ki, klublararası Avropa çempionatından sonra sayca beşinci olan bu turnirdə gənclərdən ibarət milli komandamızın üzvləri mübarizə aparırlar. Yarışın ikinci günündə iki idmançımız fəxri kürsüyə qalxmağa nail olub. Bir neçə gün əvvəl klublararası Avropa birinciliyində çempion olan taekvondoçulardan Cavad Ağayev (63 kq) və Minayə Əkbərova (44 kq) yalnız final döyüşündə məğlubiyyətə uğrayaraq yarışı gümüş medalla başa vurublar. Baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədovun rəhbərliyi ilə millimiz bu yarışda da 17 gənc taekvondoçu ilə təmsil olunur. “Turkish Open” turnirinə fevralın 14-də yekun vurulacaq.

Şərhlər