Bu gün UEFA Çempionlar Liqasının səkkizdə bir final mərhələsinin oyunları başlayır

13.02.2018 12:48     Sport reaksiya     1375

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında səkkizdə bir final mərhələsinin oyunlarına start veriləcək. Reaksiya xəbər verir ki, mərhələnin ilk oyun gününün mərkəzi görüşündə İtaliya təmsilçisi “Yuventus” doğma meydanda İngiltərənin “Tottemxem” klubunu qəbul edəcək. Bu komandalar indiyədək cəmi iki dəfə üz-üzə gəliblər. 2016-cı ildə baş tutan qarşılaşmada “Yuventus” 2:1 hesablı qələbə qazandığı halda, ötən il keçirilən görüş “Tottenhem”in qələbəsi ilə yekunlaşıb (2:0). Günün digər qarşılaşmasında isə daha bir ingilis klubu “Mançester Siti” səfərdə İsveçrə “Bazel”in qonağı olacaq. Hər iki görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Şərhlər