Azərbaycan Premyer Liqasının XVI turunun oyun cədvəli müəyyənləşib

13.02.2018 12:50     Sport reaksiya     1336

Futbol üzrə Azərbaycan Premyer Liqasının XVI turunun oyun cədvəli müəyyənləşib. REAKSIYA xəbər verir ki, iki günü əhatə edəcək tura fevralın 17-də start veriləcək. İlk oyun günündə “Qəbələ” doğma meydanda “Zirə”ni qəbul edəcək. Günün digər qarşılaşmasında isə “Sumqayıt” və “Neftçi” klubları üz-üzə gələcəklər. Turun ikinci gününün ilk qarşılaşmasında “Keşlə” səfərdə “Kəpəz”in qonağı olacaq. Turun son matçında isə “Səbail” turnir cədvəlinin lideri “Qarabağ”ı qəbul edəcək. Qeyd edək ki, turnir cədvəlinə 38 xalla “Qarabağ” komandası başçılıq edir. “Qəbələ” 32 xalla ikinci, “Zirə” 31 xalla üçüncü, “Sumqayıt” 21 xalla dördüncü, “Neftçi” 19 xalla beşinci yeri tutur. Sonrakı yerlərdə “Səbail” (14 xal), “Keşlə” (9 xal) və “Kəpəz” (7 xal) qərarlaşıb.

Şərhlər