“Səbail” klubu uqandalı hücumçu ilə müqavilə bağlayıb

16.02.2018 19:36     Sport reaksiya     1189

“Səbail” klubu daha bir legioner futbolçunun xidmətindən yararlanacaq. REAKSIYA kluba istinadla xəbər verir ki, uqandalı hücumçu Faruku Miya “Səbail”in heyətinə cəlb olunub. Daha əvvəl Belçikanın “Standard” (Liege) komandasında çıxış edən F.Miya mövsümün sonunadək icarə əsasında Bakı təmsilçisində oynayacaq. Futbolçu “transfer pəncərəsi” dövründə Peşəkar Futbol Liqasında müvafiq qaydada qeydiyyatdan keçirilsə də, Azərbaycan Premyer Liqasının qış fasiləsindən sonra keçirilmiş ilk turunda viza məsələsinin həlli ilə əlaqədar adı heyətə daxil olunmamışdı. Artıq bütün sənədləşmə işləri tam həllini tapıb və uqandalı futbolçunu növbəti turlarda “Səbail”in hyətində görmək mümkün olacaq.

Şərhlər