Topaz Premier Liqası: Neftçi səfərdə Sumqayıta 2:0 hesabı ilə məğlub oldu

18.02.2018 11:30     Sport reaksiya     1276

Fevralın 17-də futbol üzrə Topaz Premyer Liqasının XVI turunda “Sumqayıt” klubu doğma meydanda “Neftçi”ni qəbul edib. REAKSİYA xəbər verir ki, Kapital Bank arenada keçirilən oyunda hesabı meydan sahibləri açıblar. Matçın 13-cü dəqiqəsində Tural Axundov 11 metrlik cərimə zərbəsindən vurduğu qolla “Sumqayıt”i hesabda önə çıxarıb. Qarşılaşmanın 17-ci dəqiqəsində “Sumqayıt” ikinci topu qonaqların qapısından keçirib. Amil Yunanov baxımlı qola imza atıb – 2:0. Birinci hissə bu hesabla başa çatıb. “Sumqayıt”-“Neftçi” matçının 61-ci dəqiqəsində bakılıların heyətində Rəşad Sadiqov birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Komandaların cəhdlərinə baxmayaraq, qarşılaşmanın sonunadək hesab dəyişməyib. Beləliklə, oyunda 2:0 hesabı ilə qalib gələn “Sumqayıt” xallarının sayını 24-ə çatdıraraq dördüncü sıradakı mövqeyini möhkəmləndirib. “Neftçi” isə 19 xalla beşinci pillədə qərarlaşıb. XVI tura bugün keçiriləcək “Kəpəz”-“Keşlə” və “Səbail”-“Qarabağ” görüşləri ilə yekun vurulacaq.

Şərhlər