“Pxençan-2018”: Norveç yığması medalların sayına görə öz rekordunu yeniləyib

20.02.2018 15:17     Sport reaksiya     1241

Norveç yığması Qış Olimpiya Oyunlarında qazandığı medalların sayına görə öz rekordunu yeniləyib. Reaksiya xəbər verir ki, hazırda norveçlilər 28 medala (11-9-8) sahibdirlər. Onların bundan əvvəlki nailiyyəti – 26 medalı 1994-cü ilin Lillehammer Qış Oyunlarında (10-11-5) qazanıblar. “Soçi-2014”də isə uğurlarını təkrarlayıblar (11-5-10). Hazırda Norveç Pxençan Olimpiadasında medalların sayına görə birinci yerdədir. “Pxençan-2018” Olimpiya Oyunları fevralın 25-də başa çatacaq.

Şərhlər