Bu gün UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin daha iki oyunu keçiriləcək

20.02.2018 15:24     Sport reaksiya     840

Fevralın 20-də futbol üzrə UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin növbəti oyunları keçiriləcək REAKSİYA xəbər verir ki, günün mərkəzi görüşündə İngiltərə təmsilçisi “Çelsi” doğma meydanda İspaniyanın “Barselona” klubunu qəbul edəcək. Bu komandalar sonuncu dəfə 2015-ci ildə qarşılaşıblar. Çempionlar Liqasının yarımfinal mərhələsinə təsadüf edən görüşdə “Çelsi” öz meydanında 1:0 hesablı qələbə qazandığı halda, cavab oyununda 2:2 hesablı heç-heçə edərək finala vəsiqə qazanıb. Günün digər oyununda isə Türkiyənin “Beşiktaş” klubu səfərdə Almaniyanın “Bavariya” komandasının qonağı olacaq. Hər iki görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Advertisement Banner

Şərhlər

Çox oxunanlar