Futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turunun oyun cədvəli müəyyənləşib

21.02.2018 16:41     Sport reaksiya     1282

Futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turunun oyun cədvəli müəyyənləşib. REAKSIYA xəbər verir ki, iki günü əhatə edəcək tura fevralın 24-də start veriləcək. İlk oyun günündə “Qəbələ” səfərdə “Səbail”in qonağı olacaq. Günün digər qarşılaşmasında isə “Neftçi” və “Zirə” klubları üz-üzə gələcəklər. Turun ikinci gününün ilk qarşılaşmasında “Keşlə” doğma meydanda “Sumqayıt” klubunu qəbul edəcək. Sonuncu matçda isə lider “Qarabağ” klubu “Keşlə” ilə qarşılaşacaq. Hazırda turnir cədvəlinə 41 xalla “Qarabağ” komandası liderlik edir. “Qəbələ” 35 xalla ikinci, “Zirə” 31 xalla üçüncüdür. Dördüncü pillədəki “Sumqayıt”ın 24, beşinci yerdəki “Neftçi”nin 19 xalı var. Sonrakı yerlərdə “Səbail” (14 xal), “Keşlə” (12 xal) və “Kəpəz” (7 xal) klubları qərarlaşıblar

Şərhlər