Bu gün UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin daha iki oyunu keçiriləcək

21.02.2018 16:44     Sport reaksiya     696

Fevralın 21-də futbol üzrə UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin daha iki oyunu keçiriləcək. REAKSIYA xəbər verir ki, İngiltərə təmsilçisi “Mançester Yunayted” İspaniyanın “Sevilya” klubunun qonağı olacaq. Bu komandalar avrokuboklarda ilk dəfə üz-üzə gələcəklər. Digər oyunda isə Ukraynanın “Şaxtyor” klubu İtaliya təmsilçisi “Roma”nı qəbul edəcək. “Şaxtyor” və “Roma” klubları sonuncu dəfə 2010-2011-ci il mövsümündə qarşılaşıblar. UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsi çərçivəsində keçirilən həmin görüşlərdə “Şaxtyor” öz meydanında 3:0, səfərdə isə 2:3 hesablı qələbə qazanaraq növbəti mərhələyə adlayıb. Hər iki görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Qeyd edək ki, komandaların cavab qarşılaşmaları martın 13-də keçiriləcək
Advertisement Banner

Şərhlər

Çox oxunanlar