UEFA Çempionlar Liqası: "Sevilya" "Mançester Yunayted"lə heç-heçə edib, “Şaxtyor” isə “Roma üzərində qələbə qazanıb

Futbol üzrə UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin daha iki oyunu keçirilib. Reaksiya.az xəbər verir ki, İngiltərə təmsilçisi “Mançester Yunayted” İspaniyanın “Sevilya” klubunun qonağı olub. Oyunun hər iki hissəsi qarşılıqlı hücumlar şəraitində keçsə də hesab açılmayıb. Digər oyunda isə Ukraynanın “Şaxtyor” klubu İtaliya təmsilçisi “Roma”nı qəbul edib. Qarşılaşmada hesab 41-ci dəqiqədə açılıb. Cengiz Under qonaqları hesabda önə çıxarıb. Birinci hissədə qapılara əlavə qol vurulmayıb. Fasilədən sonra meydan sahibləri hesabı bərabərləşdirməyə nail olublar. Facundo Ferreyra oyunun 52-ci dəqiqəsində fərqlənib. Üstünlüyü ələ alan meydan sahibləri 71-ci dəqiqədə Fredin vurduğu qolla hesabda önə çıxıb. Beləliklə, oyun "Şaxtyor"un qələbəsi ilə başa çatıb.
Advertisement Banner

Şərhlər