Premier Liqada XVII turun ilk oyununda inamlı qələbə

Bu gün saat 15:00-da “Səbail”-“Qəbələ” qarşılaşması ilə futbol üzrə Topaz Premyer Liqasının XVII turuna start verilib. Reaksiya.az xəbər verir ki, "Bayıl Arena"da keçirilən oyunda Səbail komandası inamlı oyun göstərərək Qəbələni 2-1 hesabı ilə məğlub edib. Görüşdə hesab matçın 26-ci dəqiqəsində açılıb. Vitali Vernidubun avtoqolu “Səbail”i hesabda irəli çıxarıb. Birinci hissə bu hesabla başa çatıb. Qarşılaşmanın 56-cı dəqiqəsində “Səbail” ikinci topu qonaqların qapısından keçirib. Fəhmin Muradbəyli hesabı artıraraq adını tabloya yazdırıb – 2:0. Qoldan sonra irəli atılan “Qəbələ” buraxılan toplardan birinin əvəzini çıxıb. Oyunun 68-ci dəqiqəsində “Qəbələ”nin fransalı hücumçusu Daqali Dabo adını tabloya yazdırıb – 2:1. Komandaların səylərinə baxmayaraq, qalan dəqiqələrdə hesab dəyişməyib və görüş “Səbail”in 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbədən sonra “Səbail” 35 xalla altıncı pillədəki yerini möhkəmləndirib. “Qəbələ” klubu isə 35 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Reaksiya.az

Advertisement Banner

Şərhlər

Çox oxunanlar