"ZİRƏ" Bakcell Arenadan bir xalla qayıdıb

24.02.2018 20:46     Sport reaksiya     1068

Topaz Premyer Liqasının XVI turunda “Neftçi” klubu doğma meydanda “Zirə”ni qəbul edib. Reaksiya.az xəbər verir ki, “Bakcell Arena”da keçirilən oyunda hesabı meydan sahibləri açıblar. Matçın 22-ci dəqiqəsində İqnasio Hererra “Neftçi”ni hesabda önə çıxarıb – 1:0. Bu qoldan səkkiz dəqiqə sonra Komal Uiliams oyunda hesabı bərabərləşdirib – 1:1. İlk hissə bu hesabla başa çatıb. Oyunun 76-cı dəqiqəsində “Zirə”nin heyətində İlkin Muradov qırmızı vərəqə alaraq komandasını meydanda sayca azlıqda qoyub. Komandaların cəhdlərinə baxmayaraq, qarşılaşmanın sonunadək hesab dəyişməyib və oyun heç-heçə başa çatıb. Bu görüşdən sonra “Neftçi” 20 xalla beşinci yerdəki mövqeyini qoruyub. “Zirə” klubu isə 32 xalla turu üçüncü pillədə başa vurub.

Şərhlər