"Mançester Yunayted" doğma meydanda "Çelsi"ni məğlub edib

26.02.2018 15:58     Sport reaksiya     565

Fevralın 25-də futbol üzrə İngiltərə Premyer Liqasının XXVIII turu çərçivəsində "Mançester Yunayted" doğma meydanda "Çelsi"ni qəbul edib. Reaksiya.az xəbər verir ki, turun mərkəzi qarşılaşmasında hesabı qonaqlar açıb. Matçın 32-ci dəqiqədə Villian fərqlənib. Bu qoldan yeddi dəqiqə sonra Romero Lukako hesabı bərabərləşdirib. İlk hissə bu hesabla da yekunlaşıb. Matçın ikinci hissəsində "Mançester Yunayted" hesabda irəli çıxıb. Görüşün 75-ci dəqiqəsində Linqard adını tabloya yazdırıb. Beləliklə oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Premyer Liqanın XXVIII turunun bu günə olan oyunlarından sonra turnir cədvəlində "Mançester Siti" 72 xalla liderdir. "Mançester Yunayted" 59 xalla ikinci, "Liverpul" 57 xalla üçüncü pillədədir. İlk beşlikdə isə müvafiq olaraq "Tottenhem" (55 xal) və "Çelsi" (53 xal) qərarlaşıblar.

Advertisement Banner

Şərhlər

Çox oxunanlar