UEFA futbol matçlarında dördüncü əvəzetməyə icazə verilməsi barədə qərarı təsdiqləyəcək

UEFA futbol matçlarında əsas hissəyə əlavə olunmuş vaxtda dördüncü əvəzetməyə icazə verilməsi barədə qərarı tezliklə təsdiqləyəcək. Reaksiya.az xəbər verir ki, UEFA futbolçuların mövsüm ərzində keçirdiyi çoxsaylı oyunlara görə çox yorulmalarından narahatdır. Qitənin ali futbol qurumu yeniyetmə və gənclər, həmçinin qadınlar arasında Avropa çempionatlarında bu qərarı sınaqdan keçirib və nəticədən razı qalıb. Qeyd edək ki, ötən il İngiltərə Futbol Assosiasiyası ölkə kuboku yarışlarında klublara əlavə olunmuş vaxtda dördüncü əvəzetməyə icazə vermişdi.
Advertisement Banner

Şərhlər