Mançester Siti” “Arsenal”ı böyük hesabla məğlub edib

02.03.2018 16:05     Sport reaksiya     1298

Futbol üzrə İngiltərə Premyer Liqasının 28-ci turunda “Arsenal” “Mançester Siti”ni qəbul edib. Reaksiya.az xəbər verir ki, "Emireyts" stadionunda keçirilən oyun 3:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb. “Mançester Siti”nin heyətində Bernardu Silva, David Silva və Leroy Zane fərqləniblər. Xatırladaq ki, fevralın 25-də "Mançester Siti" İngiltərə Liqa Kubokunun finalında da "Arsenal"ı 3:0 hesabı ilə məğlub etmişdi. "Mançester Siti" (75 xal) hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində birinci, "Arsenal" (45) isə altıncı pillədə qərarlaşıb.

Şərhlər