Topaz Premier Liqanın XVIII turu bugün başlayacaq

03.03.2018 14:20     Sport reaksiya     1353

Bu gün futbol üzrə Topaz Premyer Liqasında XVIII tura start veriləcək. Reaksiya.az xəbər verir ki, günün ilk görüşündə “Kəpəz” klubu “Səbail”i qəbul edəcək. Gəncə şəhər stadionunda təşkil ediləcək qarşılaşmanın baş hakimi İnqilab Məmmədov olacaq. Oyun saat 15:00-da başlayacaq. Günün ikinci qarşılaşması “Sumqayıt” və çempionatın lideri “Qarabağ” komandaları arasında oynanılacaq. “Kapital Bank” stadionunda keçiriləcək oyun saat 18:30-da start götürəcək. Görüşü Rəvan Həmzəzadə idarə edəcək. Turun digər matçı martın 4-də keçiriləcək. Həmin gün “Qəbələ” klubu öz meydanında paytaxt təmsilçisi “Neftçi” ilə qarşılaşacaq. Saat 15:30-da başlayacaq qarşılaşmanın idarə olunması Rauf Cabbarova həvalə olunub. Tura “Zirə”-“Keşlə” oyunu ilə yekun vurulacaq. Saat 18:00-da başlayacaq qarşılaşmanı Əliyar Ağayev idarə edəcək.

Şərhlər