Gənc güləşçilərimiz Mazandaranda 2 qızıl, 1 gümüş və 5 bürünc medal qazanıblar

03.03.2018 14:27     Sport reaksiya     1265

İranın Mazandaran vilayətinin Behşəhr şəhərində güləş üzrə Şəhid Həşim Nejad Kuboku uğrunda beynəlxalq turnir keçirilib. Reaksiya.az xəbər verir ki, Gürcüstan, Rusiya, Ermənistan və İran komandalarının iştirak etdiyi turnirdə sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandamızın üzvləri də mübarizə aparıblar. Məşqçilər Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında 10 güləşçimiz yarışda qüvvəsini sınayıb. Güləşçilərimiz turniri 2 qızıl, 1 gümüş və 5 bürünc medalla başa vurublar. Davud İbrahimov (70 kq) və Orxan Abbasov (79 kq) bütün rəqiblərindən üstün olub və turnirin qızıl medalını qazanıblar. Yalnız final görüşündə uduzan Alimaqomed Alixmayev (97 kq) gümüş medalla kifayətlənib. Ən aşağı çəki dərəcəsində Əsgər Məmmədəliyev (57 kq) bürünc medal qazanıb. Həlledici görüşdə güləşçimiz Ermənistan təmsilçisindən üstün olub. Digər bürünc medalları isə yığmamıza Elmar Kazımov (65 kq), İsmayıl Abdullayev (74 kq), Asxab Həmzətov (92 kq) və Rahid Həmidli (125 kq) qazandırıblar. Komanda hesabında yığmamız ikinci nəticə göstərib. Görüşlərin idarə edilməsində ölkəmizi milli dərəcəli hakim Firqət İbrahimov təmsil edib.

Şərhlər