“Neftçi İdman Klubu”nun üzgüçüsü respublika qış çempionatında beş qızıl medal qazanıb

06.03.2018 17:11     Sport reaksiya     1314

“Neftçi İdman Klubu”nun üzgüçüsü Boris Kirilov böyük əzmkarlıq nümayiş etdirərək bir yarışda 5 qızıl medala yiyələnib. Təmsilçimiz Bakı Su İdmanı Sarayında keçirilən üzgüçülük üzrə respublika qış çempionatında bu uğura imza atıb. Reaksiya.az xəbər verir ki, 50 və 100 metr məsafəyə sərbəst, eyni məsafələrə arxası üstə, eləcə də 50 metr məsafəyə baterflay üsulla üzmə yarışlarının hər birində finişə birinci çatan Boris Kirilov bu turnirdə beşqat Azərbaycan çempionu olub.

Reaksiya.az

Şərhlər