Bədii gimnastlarımız “Riga Spring” beynəlxalq turnirində uğurla çıxış ediblər

Bədii gimnastika üzrə milli komandamızın üzvləri Latviyada “Riga spring” beynəlxalq turnirində uğurla çıxış ediblər. Reaksiya.az gimnastika federasiyasının saytına istinadla xəbər verir ki, 2018-ci ilə uğurlu başlayan bədii gimnastlarımız bu turnirdə də fərqlənməyi bacarıblar. Belə ki, komandamızın hesabına ilk medalı turnirdə gənclər arasında çıxış edən Dərya Farşbafşəhriyari yazdırıb. Halqa ilə icra etdiyi hərəkətə görə, 14,550 xal alan idmançımız fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb. D.Farşbafşəhriyarinin növbəti çıxışı isə ona gümüş medal qazandırıb. İdmançımızın topla çıxışda 15,550 xal toplayaraq yalnız Ukrayna gimnastından geri qalıb. Bununla da kifayətlənməyən D.Farşbafşəhriyari komanda yoldaşı Arzu Cəlilova ilə birgə komanda yarışlarında da medal qazanıb. Bu dəfə qızlarımız fərdi proqramda çıxışlarının ümumi nəticələrinə əsasən, bürünc medala layiq görülüblər.
Advertisement Banner

Şərhlər