AFFA-nın baş katibi: Premyer Liqada daha çox klubun mübarizə aparmasını istəyirik

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin iclasında növbəti mövsümdə Premyer Liqada çıxış edəcək klubların sayının artırılması məsələsi ilə bağlı da müzakirələr apardıq. Çempionatda mübarizə aparan klubların sayının 10-a çatdırılmasını istərdik. Reaksiya.az xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov martın 7-də təşkil olunan mətbuat konfransında deyib. Baş katib bildirib ki, çempionatda klubların sayının artırılması istiqamətində işlər görülür. Ancaq birinci divizionda danışılmış oyunlarla bağlı problemlərimiz var. Hansı komandanın Premyer Liqaya yüksəlməsi məsələsinə ciddi yanaşmalıyıq. Bunun üçün mövsümün sonunu gözləməyi məqsədəuyğun hesab etdik. Mövsümün sonunda klubların lisenziyalaşdırma prosesindən sonra Premyer Liqaya yüksələcək komandalar müəyyənləşəcək. Topaz Premyer Liqasında çıxış edən klubların sayının son həddə olduğunu bildirən baş katib bu rəqəmin 10-a çatdırılması istiqamətində bundan sonra da müəyyən tədbirlərin həyata keçiriləcəyini diqqətə çatdırıb.
Advertisement Banner

Şərhlər