Bu gün Avropa Liqasının 1/8 final mərhələsinin növbəti oyunları keçiriləcək

Bu gün futbol üzrə Avropa Liqasının 1/8 final mərhələsinin növbəti oyunları keçiriləcək. Reaksiya.az xəbər verir ki, mərhələnin ilk oyunları çərçivəsində 8 görüş baş tutacaq. Cari mövsümdə “Qarabağ”ın Çempionlar Liqasında rəqibi olmuş “Atletiko” doğma meydanda Moskva "Lokomotiv"ni qəbul edəcək. Mərkəzi qarşılaşma San Siro stadionunda keçiriləcək. “Milan” London “Arsenalı”nı qəbul edəcək, “Salzburg” isə “Borussiya Dortmund”un qonağı olacaq. “Lazio” “Dinamo” ilə, “Marsel” isə “Atletik Bilbao” ilə münasibətlərinə aydınlıq gətirəcək. Gün ərzində aşağıdakı oyunlar keçiriləcək: “Milan” (Italiya) – “Arsenal” (İngiltərə) “Borussiya” (Dortmund, Almaniya) – “Salzburg” (Avstriya) “Atletiko ” (İspaniya) – “Lokomotiv” (Rusiya) “CSKA” (Rusiya) – “Lion” (Fransa) “Lazio” (İtaliya) – “Dinamo” (Ukrayna) “Marsel” (Fransa) – “Atletik” (İspaniya) “Leipzig” (Almaniya) – “Zenit” (Rusiya) “Sportinq” (Portuqaliya) – “Viktoriya” (Çexiya).
Advertisement Banner

Şərhlər