"Qəbələ" Gəncədən qələbə ilə qayıdıb

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XIX turuna start verilib. Reaksiya.az xəbər verir ki, turun açılış matçında çempionatda ikinci pillədəki “Qəbələ” səfərdə sonuncu yerin sahibi “Kəpəz”in qonağı olub. Gəncə şəhər stadionunda keçirilmiş görüş 1:0 hesabı ilə “Qəbələ”nin xeyrinə başa çatıb. Baş hakim Rəvan Həmzəzadənin idarə etdiyi matçda yeganə qolu görüşün 66-cı dəqiqəsində Filip Ozobiç vurub. Bu qarşılaşmadan sonra “Qəbələ” xallarının sayını 38-ə çatdıraraq ikinci pillədəki mövqeyini möhkəmləndirib. İndiyədək “Kəpəz” və “Qəbələ” komandaları Premyer Liqada 18 dəfə görüşüblər. Bunların altısında “Kəpəz”, yeddisində isə “Qəbələ” qələbə qazanıb. Beş oyunda isə qalib müəyyənləşməyib.
Advertisement Banner

Şərhlər