“Tank” ləqəbli məşhur kikboksçumuz Almaniyada qələbə qazanıb

Azərbaycan Kikboksinq Federasiyasının üzvü, dünya çempionu, nüfuzlu yarışların qalibi Xəyal Əhmədov Almaniyada beynəlxalq turnirdə qələbə qazanıb. Reaksiya.az xəbər verir ki, “Tank” ləqəbli idmançımızın rəqibi almaniyalı Bernd Sterrenberq olub. Rəqibinə heç bir şans verməyən X.Əhmədov turnirin qalibi olub. Qeyd edək ki, X.Əhmədov bir sıra nüfuzlu beynəlxalq yarışların qalibidir.
Advertisement Banner

Şərhlər