Kişi idman gimnastikası üzrə Qazaxıstanın millisi Bakıda medallar qazanmağa iddialıdır

Kişi idman gimnastikası üzrə Qazaxıstanın millisi Bakıda medallar qazanmağa iddialıdır
Tarix: 12.03.2018 17:21
Oxunma sayı: 358
Paylaş:
Kişi idman gimnastikası üzrə Qazaxıstan milli komandası Bakıda medallar qazanmağa iddialıdır. Reaksiya.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, bu sözləri Qazaxıstan komandasının baş məşqçisi Aleksandr Kim deyib. Baş məşqçi qeyd edib ki, Bakıdakı yarışlara 3 gimnast qatılacaq. Onlardan biri Melburnda keçirilmiş dünya kuboku mərhələsinin qalibidir. Bakıdakı turnir cari ildə ikinci yarışımızdır. Biz artıq Melburnda dünya kubokunda iştirak etmişik. Orada gimnastımız Nəriman Qurbanov birinci yeri tutub. Ondan başqa, Bakı turnirində daha iki gimnast – Yerbol Cantıkov və Daniil Baturin iştirak edəcəklər. A.Kim deyib: “Ötən il burada dünya kubokunda olmuşam. Qeyd etmək istəyirəm ki, Azərbaycanda yarışların təşkilatçılığı hər zaman yüksək səviyyədə olur. Bu il biz Bakıya təlim-məşq toplanışına gəlməyə qərar verdik. Bizə bu cür imkanı yaratdığına görə Azərbaycan Gimnastika Federasiyasına və Qazaxıstan Milli Olimpiya Komitəsinə minnətdarlığımızı bildiririk. Biz artıq neçə gündür Bakıdayıq. Onu da deyim ki, Milli Gimnastika Arenasında yaradılan şərait əladır”. Martın 15-18-də Milli Gimnastika Arenasında idman gimnastikası üzrə dünya kuboku yarışları keçiriləcək. Turnirdə 25 ölkədən 102 gimnast birincilik uğrunda mübarizə aparacaq.

Şərhlər