Fəth Kamal Nida: Bakıdakı Milli Gimnastika Arenası dünyada ən yaxşı idman qurğularından biridir

Fəth Kamal Nida: Bakıdakı Milli Gimnastika Arenası dünyada ən yaxşı idman qurğularından biridir
Tarix: 12.03.2018 17:23
Oxunma sayı: 350
Paylaş:
Bakıdakı Milli Gimnastika Arenası dünyada ən yaxşı idman qurğularından biridir. Reaksiya.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, bu sözləri idman gimnastikası üzrə Səudiyyə Ərəbistanı milli komandasının baş məşqçisi Fəth Kamal Nida deyib. Məşqçi bildirib ki, Səudiyyə Ərəbistanı dünya kuboku yarışlarında gənc idmançılarla təmsil olunacaq. Ona görə də komanda Bakıda təlim-məşq toplanışlarında iştirak etməyi qərara alıb: “Mən 15 gün əvvəl işə başlamışam və ümidvaram, bu turnirdə uğurla çıxış edəcəyik. Biz buraya daha erkən gəldik ki, mühitə və alətlərə uyğunlaşa bilək. Bu, gənc idmançılarımız üçün çox vacibdir. Çünki onların bu cür iri turnirlərdə iştirak təcrübəsi yoxdur. Yarışlara gəldikdə qeyd edim ki, çox gərgin mübarizənin şahidi olacağıq. Burada iştirak edən hər bir idmançı ən yüksək nailiyyəti hədəfləyir”. Xatırladaq ki, Milli Gimnastika Arenası üçüncü dəfə idman gimnastikası üzrə dünya kuboku turnirinə ev sahibliyi edəcək. Martın 15-dən 18-dək keçiriləcək yarışlarda 25 ölkədən 102 gimnast mübarizə aparacaq.

Şərhlər