Bu gün UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin növbəti cavab oyunları keçiriləcək

Bu gün futbol üzrə Çempionlar Liqasının səkkizdəbir final mərhələsində növbəti cavab oyunları keçiriləcək. Reaksiya.az xəbər verir ki, İngiltərə və İtaliyada baş tutacaq matçlardan sonra daha iki komanda dörddəbir finala vəsiqə qazanacaq. “Mançester Yunayted” doğma meydanda “Sevilya”nı qəbul edəcək. Bu komandaların ilk görüşü qolsuz heç-heçə ilə nəticələnib. Ukraynada “Şaxtyor”a 1:2 hesabı ilə uduzan “Roma” cavab qarşılaşmasında növbəti mərhələyə adlamaq üçün mütləq qələbə qazanmalıdır. Xatırladaq ki, İspaniyanın “Real Madrid”, İtaliyanın “Yuventus”, İngiltərənin “Liverpul” və “Mançester Siti” komandaları dörddəbir finala vəsiqəni təmin ediblər.
Advertisement Banner

Şərhlər