Bu gün UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinə yekun vurulacaq

Martın 14-də UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində növbəti cavab oyunları keçiriləcək.

Reaksiya.az xəbər verir ki, İspaniyada “Barselona” komandası doğma meydanda İngiltərənin “Çelsi” klubunu qəbul edəcək. Bu komandalar arasında Londonda oynanılan ilk görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Digər oyunda isə Almaniyanın “Bavariya” klubu səfərdə Türkiyənin “Beşiktaş” komandasının qonağı olacaq. Münxendə keçirilən görüşdə meydan sahibləri 5:0 hesabı ilə qələbə qazanıblar.

Hər iki görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Advertisement Banner

Şərhlər