İdman gimnastlarımız 11-ci Doha dünya kuboku yarışlarında iştirak edirlər

22.03.2018 17:10     Sport reaksiya     1178

Qətərin paytaxtı Dohada idman gimnastikası üzrə 11-ci dünya kuboku yarışları keçirilir. Reaksiya.az xəbər verir ki, turnirdə Azərbaycan dörd idmançı ilə təmsil olunur. Qadınların yarışında Marina Nekrasova, Yuliya İnşina, kişilərin mübarizəsində isə Murad Ağarzayev və Timur Bayramov ölkəmizi təmsil edirlər. Qeyd edək ki, yarışlara martın 24-də yekun vurulacaq.

Şərhlər