Azərbaycan Premyer Liqası: “Qarabağ” – “Keşlə” oyununda qalib müəyyənləşməyib

01.04.2018 23:02     Sport reaksiya     1118

Aprelin 1-də futbol üzrə Azərbaycan Premyer Liqasının XXI turunun növbəti oyunları keçirilib. Reaksiya.az xəbər verir ki, turnir cədvəlinin lideri “Qarabağ” autsayderlər qrupunda qərarlaşan “Keşlə” ilə qarşılaşmada qələbə qazana bilməyib. Matç 1:1 hesabı ilə yekunlaşıb. Əvvəlcə qonaq komandanın heyətində S.Alxasov fərqlənib 0:1. Matçın 57-ci dəqiqəsində isə Riçard Almeyda hesabı bərabərləşdirib – 1:1. Bununla da “Qarabağ” xallarının sayını 50-yə çatdırıb. Günün digər matçında “Kəpəz” öz meydanında “Zirə” ilə qarşılaşıb. Qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmada hesab açılmayıb - 0:0.

Şərhlər