Qadın voleybolçulardan ibarət yığmamızın birinci Türk Universiadası üçün heyəti açıqlanıb

05.04.2018 14:14     Sport reaksiya     1152

Qadın voleybolçulardan ibarət yığmamız aprelin 5-dən 10-dək Bakıda keçiriləcək birinci Türk Universiadasında çıxış edəcək.

Reaksiya.az xəbər verir ki, baş məşqçi Vüqar Əliyevin rəhbərliyi altında yarışa qatılacaq millimizin heyəti açıqlanıb.

Heyətdə Odina Bayramova, Ceyran İmanova, Mariya Kirilyuk, Viktoriya Ağakişiyeva, Leysan İyovkina, Anastasiya Bessonova, Kseniya Pavlenko, Leyla Parşkova, Şəfaqət Alışanova, Yana Əzimova, Bəyaz Əliyeva və Yekaterina Jidkova yer alıblar.

Komandamız aprelin 8-də Qırğızıstan, bir gün sonra isə Türkiyə ilə üz-üzə gələcək. Hər iki görüş Azərbaycan Voleybol Mərkəzində keçiriləcək və saat 18:00-da başlayacaq.

Türk Universiadasında kişi voleybolçulardan ibarət yığmamız da qüvvəsini sınayacaq. Onların rəqibləri Türkiyə voleybolçuları olacaqlar. Komandalar arasında ilk qarşılaşma aprelin 7-də, ikinci oyun isə ertəsi gün keçiriləcək. Matçlar saat 15:00-da start götürəcək.

Şərhlər