Azərbaycan Premyer Liqasının XXIII turunun oyun cədvəli müəyyənləşib

10.04.2018 16:51     Sport reaksiya     1124

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXII turunun oyun cədvəli müəyyənləşib. Reaksiya.az xəbər verir ki, iki günü əhatə edəcək tura aprelin 14-də start veriləcək. İlk oyun günündə “Qarabağ” səfərdə “Kəpəz”in qonağı olacaq. Günün digər qarşılaşmasında isə “Zirə” və “Neftçi” klubları üz-üzə gələcəklər. Turun ikinci gününün ilk qarşılaşmasında “Sumqayıt” doğma meydanda “Keşlə” klubunu qəbul edəcək. Turun sonuncu matçında isə “Qəbələ” və “Səbail” klubları qarşılaşacaqlar. Qeyd edək ki, turnir cədvəlinə 53 xalla “Qarabağ” komandası başçılıq edir. “Qəbələ” 41 xalla ikinci, “Sumqayıt” 36 xalla üçüncü, “Zirə” 35 xalla dördüncü, “Neftçi” 31 xalla beşinci yeri tutur. Sonrakı yerlərdə “Səbail” (18 xal), “Keşlə” (18 xal) və “Kəpəz” (12 xal) qərarlaşıb.

Şərhlər