Bu gün UEFA Avropa Liqasının dörddəbir final mərhələsinə start veriləcək

Bu gün UEFA Avropa Liqasının dörddəbir final mərhələsinə start veriləcək
Tarix: 12.04.2018 18:16
Oxunma sayı: 305
Paylaş:
Bu gün futbol üzrə UEFA Avropa Liqasının dörddəbir final mərhələsinin cavab oyunları keçiriləcək. Reaksiya.az xəbər verir ki, İngiltərənin “Arsenal” klubu Rusiyanın MOİK komandasının qonağı olacaq. İlk görüş londonluların 4:1 hesablı qələbəsi ilə bitib. Portuqaliyanın “Sportinq” klubu doğma meydanda İspaniyanın “Atletiko Madrid” komandasını qəbul edəcək. İlk görüşdə Madrid təmsilçisi rəqib qapısından iki cavabsız top keçirib. Günün digər matçında “Marsel” (Fransa) və “Leyptsiq” (Almaniya) klubları üz-üzə gələcəklər. Birinci oyun “Leyptsiq”in minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0. Avstriyanın “Zalsburq” klubu isə İtaliyanın “Latsio” komandasını qəbul edəcək. İlk matçda İtaliya klubu 4:2 hesablı qələbə qazanıb. Qeyd edək ki, oyunlar Bakı vaxtı ilə 23:05-də başlayacaq.

Şərhlər