Bu gün UEFA Çempionlar və Avropa liqalarının yarımfinal mərhələlərinin püşkü atılacaq

Aprelin 13-də İsveçrənin Nyon şəhərində futbol üzrə UEFA Çempionlar Liqasının və Avropa Liqasının yarımfinal mərhələsinin püşkatma mərasimi keçiriləcək. Reaksiya.az xəbər verir ki, UEFA Çempionlar Liqasının püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Püşk yarımfinala vəsiqə qazanan “Bavariya”, “Liverpul”, “Real Madrid” və “Roma” klubları arasında atılacaq. UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunları aprelin 24-və 25-də, cavab qarşılaşmaları isə mayın 1-də və 2-də keçiriləcək. Final görüşü isə mayın 26-da Kiyevdəki Olimpiya stadionunda oynanılacaq. UEFA Avropa Liqasının püşkatma mərasimi isə saat 14:00-da başlayacaq. Püşk “Arsenal”, “Atletiko Madrid”, “Marsel” və “Zalsburq” komandaları arasında atılacaq. Yarımfinal mərhələsinin ilk oyunları aprelin 26-da, cavab görüşləri mayın 3-də keçiriləcək. Final qarşılaşması isə mayın 16-da Lion şəhərində oynanılacaq.
Advertisement Banner

Şərhlər