Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatı davam edir

Azərbaycanda ilk dəfə keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatı davam edir. Reaksiya.az xəbər verir ki, aprelin 13-də - çempionatın ikinci günündə həm gənclər, həm də böyüklər arasında bütün növlər üzrə təsnifat mərhələləri və komandalar arasında finallar keçiriləcək. Batut gimnastikası üzrə böyüklərin yarışında Azərbaycan təmsilçisi İlya Qrişunin, Ruslan Ağamirov, qadınların mübarizəsində isə Veronika Zemlyanaya və Svetlana Makştarova məharətlərini göstərəcəklər. İkili mini-batut üzrə yeniyetmələrin yarışında oğlanlardan Tofiq Əliyev, qızlardan isə Selcan Maqsudova bacarıqlarını nümayiş etdirəcəklər. Avropa çempionatında yeniyetmə gimnastlar 2018-ci ildə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına, böyük gimnastlar isə 2019-cu ildə təşkil olunacaq II Avropa Oyunlarına lisenziya əldə edə biləcəklər.
Advertisement Banner

Şərhlər