Batut gimnastikası üzrə sinxron cütlüklərimiz mübarizəyə qoşulublar

Aprelin 14-də Milli Gimnastika Arenasında keçirilən batut, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatının üçüncü günündə Azərbaycan idmançıları da mübarizəyə qoşulublar. Reaksiya.az xəbər verir ki, böyüklər arasında batut gimnastikası üzrə sinxron cütlüklərin təsnifat yarışında kişilərdən İlya Qrişunin və Ruslan Ağamirov bacarıqlarını nümayiş etdirəcəklər. Qadınların yarışında isə Veronika Zemlyanaya və Svetlana Makştarova finala yüksəlməyə çalışacaqlar. Batut gimnastikası üzrə yeniyetmələr arasında yarımfinala yüksələn Selcan Maqsudova medal qazanmaq üçün mübarizə aparacaq.
Advertisement Banner

Şərhlər