“Qəbələ”nin cüdoçusu Avropa kuboku yarışlarında qızıl medal qazanıb

“Qəbələ”nin cüdoçusu Avropa kuboku yarışlarında qızıl medal qazanıb
Tarix: 16.04.2018 13:41
Oxunma sayı: 171
Paylaş:
Sankt-Peterburqda yeniyetmələr arasında cüdo üzrə Avropa kuboku yarışlarına yekun vurulub. Reaksiya.az xəbər verir ki, Azərbaycan milli komandası və “Qəbələ” idman klubunun cüdoçusu Rövşən Əliyev uğurla çıxış edib. Turnirdə 55 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız bütün rəqiblərinə qalib gələrək çempion olub. Rusiya idmançıları İsa Elsixanov və Şaxzod Amonova qalib gələn R.Əliyev yarımfinala yüksəlib. Bu mərhələdə daha bir rusiyalı Timur Uyanayevi mübarizədən kənarlaşdıran idmançımız həlledici görüşə vəsiqə qazanıb. Cüdoçumuz finalda komanda yoldaşı Balabəy Ağayevlə üz-üzə gəlib və ardıcıl 4-cü qələbə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Şərhlər