FIFA 2021-ci ilə planlaşdırılan yeni klub turnirinin hazırlıqlarına başlayıb

FIFA 2021-ci ildə təşkil olunması planlaşdırılan yeni klub turnirinin hazırlıqlarına başlayıb. Reaksiya.az xəbər verir ki, klublararası dünya kuboku yarışlarının alternativi kimi düşünülən yeni turnir dörd ildən bir keçiriləcək və birincilik uğrunda 24 komanda mübarizə aparacaq. Hər il keçirilən klublararası dünya kuboku yarışlarının nüfuz qazanmaması ilə əlaqədar yaradılacaq yeni turnir iyun və ya iyul aylarında üç həftəlik dövrdə təşkil ediləcək. Dörd ildən bir keçirilməsi planlaşdırılan yarışda 8 qrupun hər birində 3 klub mübarizə aparacaq. Qrup qalibləri dörddəbir finala yüksələcəklər. Klubların dünya çempionatında, ümumilikdə 31 oyunun keçirilməsi nəzərdə tutulur.
Advertisement Banner

Şərhlər