Futbol üzrə Azərbaycan Premyer Liqasının XXIV turunun oyun cədvəli müəyyənləşib

16.04.2018 17:43     Sport reaksiya     2503

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXIV turu çərçivəsində keçiriləcək oyunların vaxtları müəyyənləşib. Reaksiya.az xəbər verir ki, iki günü əhatə edəcək tura aprelin 21-də start veriləcək. İlk oyun günündə “Zirə” səfərdə “Keşlə”nin qonağı olacaq. Günün digər qarşılaşmasında isə “Sumqayıt” və “Qarabağ” klubları üz-üzə gələcəklər. Turun ikinci gününün ilk qarşılaşmasında “Səbail” doğma meydanda “Kəpəz” klubunu qəbul edəcək. Turun sonuncu matçında isə “Neftçi” və “Qəbələ” klubları qarşılaşacaqlar. Qeyd edək ki, hazırda turnir cədvəlinə 56 xalla “Qarabağ” komandası başçılıq edir. “Qəbələ” 42 xalla ikinci, “Sumqayıt” 39 xalla üçüncü, “Zirə” 35 xalla dördüncü, “Neftçi” 34 xalla beşinci yeri tutur. Sonrakı yerlərdə “Səbail” (19 xal), “Keşlə” (18 xal) və “Kəpəz” (12 xal) qərarlaşıb.

Şərhlər